Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:33

Azərbaycanda çirkli pullar daha çox hansı sahədə cəmlənib?


Çirkli pulların «yuyulması»na dair beynəlxalq seminar, 30 oktyabr 2006

Çirkli pulların «yuyulması»na dair beynəlxalq seminar, 30 oktyabr 2006

Çirkli pulların «yuyulması», terrorizmin maliyyələşdirilməsi və digər maliyyə cinayətlərilə mübarizə aparmaq üçün Azərbaycanda Maliyyə Kəşfiyyat Qurumu yaradılır. ABŞ səfirliyi, Birləşmiş Ştatlar Ədliyyə Departamentinin Xaricdə Cinayət Təqibi Sahəsində İnkişaf və Təlim İdarəsi, Avropa Şurası ekspertlərinin iştirakı ilə oktyabrın 30-da Bakıda başlayan seminarda Azərbaycan hökuməti bu sahədə ciddi mübarizə aparmağa və adı çəkilən qurumlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Maliyyə Kəşfiyyat Qurumu ilə bağlı bütün məsələlərin tam hazır olduğu da diqqətə çatdırılıb.

«Şəffaflıq»da bu dəfə Azərbaycanda çirkli pulların daha çox hansı sahədə cəmləşməsinə və buna qarşı necə mübarizə aparılacağına aydınlıq gətirilir. Azərbaycan Milli Bankının baş direktoru Rüfət Aslanlı və Korrupsiyaya Qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının məlumat və əməkdaşlıq şəbəkəsinin üzvü Əliməmməd Nuriyev mövzunu müzakirə edir.


DİNLƏYİN


XS
SM
MD
LG