Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:39

Putin-ə 3 milyon sual verildi. Mətbuat konfransından canlı bloq

Aprelin 16-da Rusiya prezidenti Vladimir Putin «Birbaşa xətt» teleproqramı vasitəsilə rusiyalılarla ənənəvi illik teledebat keçirib.

Prezidentə 3 milyondan çox sual və müraciət daxil olub.

Ənənəvi «Birbaşa xətt»lər hələ Putin-in birinci prezidentliyi dövründə yaranıb. İlk tele-ünsiyyət 2001-ci il dekabrın 24-də keçirilib. Ən uzun «Birbaşa xətt» 2003-cü ildəki olub – 4 saat 47 dəqiqə çəkib.

Ən son xəbərlər yazının yuxarı bölümündədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»u vərəqləmək olar.

17:51 16.4.2015

Krımdan zəng

Putin Krımdan gələn vətəndaş zənginə cavab verir: «Sizin probleminizi mütləq həll edəcəyəm».

Şikayət yük avtomobillərinin hələ də Ukrayna qeydiyyatında olması və bunun yaratdığı problemlər, yük daşıyan sürücülərin 12-14 sutka növbə gözləməsi haqda idi.

17:39 16.4.2015

«Rusiyada uzunömürlülük artır. Bu da sağlam həyat tərzi keçirənlərin sayının çoxalması, alkoqolizmin və siqaret çəkənlərin azalması ilə bağlıdır. Odur ki, pensiya fonduna ehtiyacı olanların sayı çoxalır».

17:29 16.4.2015

17:27 16.4.2015

Dərman planı

Sual: «Doğrudurmu ki, səhiyyə naziri ixrac dərman preparatlarından imtina edəcək? Axı Rusiya dərmanları çox keyfiyyətsizdir?!».

Putin: «Bu məlumat doğru deyil. Hökumətin belə bir planı yoxdur. Biz özümüz dərmanların keyfiyyətini yaxşılaşdırmalıyıq. Bununla bağlı hökumət proqramı da var. Son vaxtlar dərmanlar bahalaşıb, bu da yerli istehsalın belə idxal xammalı əsasında hazırlanması ilə bağlıdır».

Davamı

XS
SM
MD
LG