Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

-

Aprelin 15-də Rusiya məhkəməsi həbsdəki ekoloq Yevgeny Vitishko-nun vaxtından əvvəl azadlığa buraxılma müraciətini rədd edib.

41 yaşlı Vitishko 2014-cü il Soçi Qış Olimpiadasının ətraf mühitə təsiri barədə etirazını bildirəndən sonra həbs olunub.

O, 3 illik cəzasını Tambovda çəkir. Yerli məhkəmə fəalın erkən azadlığa buraxılması barədə ərizəsinə müsbət cavab verməyib.

Vitisko hələ 2012-ci ildə qanunsuz tikintiyə etiraz olaraq Soçi yaxınlığında bir hasarı rənglədiyi üçün şərti cəza almışdı. Ancaq 2013-cü ildə onun şərti cəzanı pozduğu bildirilib və həbsxanaya göndərilib.

Aprelin 14-də Amnesty International Rusiya hakimiyyətini fəalı azadlığa buraxmağa çağırıb. O, aprelin 7-də aclıq aksiyasına başlayıb.

Vitishko “vicdan məhbusu” və siyasi məhbus sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG