Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:12

-

İraqın qərbindəki Ənbər vilayətinin sakinləri deyirlər ki, İslam Dövləti (İD) silahlıları aprelin 15-də Ramadi şəhəri yaxınlığında əks-hücuma keçiblər, 3 kəndi hökumət qüvvələrindən alıblar.

Associated Press xəbər verir ki, Ramadinin şərqində yerləşən kəndlər aprelin 15-də günortayadək tutulub. Sufiyə kəndində silahlılar polis məntəqəsini bombalayıb və enerji zavodunu tutublar.

Döyüşlərin Ramadinin şərqində, hökumət binasının iki kilometrliyində getdiyi bildirilir. Hökumət qüvvələri hava zərbələri ilə dəstəklənir.

İki gün əvvəl İraq təhlükəsizlik qüvvələri Ramadinin şimalşərqində ərazini İD-dən geri almaq üçün əməliyyata başlayıb. Bu hücum baş nazir Haidar al-Abadi-nin Ənbər vilayətini sünni silahlılardan geri almaq əməliyyatının bir hissəsi idi.

Abadi aprelin 14-də Vaşinqtonda Prezident Barack Obama ilə görüşüb, ABŞ-dan daha böyük hərbi dəstək istəyib.

XS
SM
MD
LG