Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:47

-

İsrailin baş naziri Benjamin Netanyahu xəbərdarlıq edir ki, dünya nasist Almaniyası zamanında olduğu kimi, İranın Yaxın Şərqdə işğalçı siyasətinə “göz yumur”.

Aprelin 15-də İsrailin Holokostu Anım Günündə çıxış edən Netanyahu deyib:

“Necə ki, nasistlər sivilizasiyanı tapdalayır və yəhudi xalqını da məhv etməklə onu “ali irqlə” əvəzləməyə çalışırdı, indi də İran regionu ələ keçirməyə, yəhudi dövlətini məhv edərək genişlənməyə can atır”.

Netanyahu Tehran və altı dövlət arasında ilkin nüvə sazişini tənqid edib və deyib:

“İranla hazırlanan pis saziş bizə öyrədir ki, tarixi dərs hələ də mənimsənilməyib”.

Aprelin 2-də İranla altı fövqəldövlət arasında çərçivə sazişi əldə olunub. Yekun sənəd iyunadək razılaşdırılmalıdır. Məqsəd İranın nüvə proqramını məhdudlaşdırmaq və iqtisadi sanksiyaları qaldırmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG