Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:51

İran bəyan edib ki, “regionun böyük gücü kimi” nüfuzundan istifadə etməklə Yəməndəki münaqişəyə son qoyulması üçün vasitəçilik etmək niyyətindədir.

İran bəyan edib ki, “regionun böyük gücü kimi” nüfuzundan istifadə etməklə Yəməndəki münaqişəyə son qoyulması üçün vasitəçilik etmək niyyətindədir.

İranın Portuqaliyada səfərdə olan xarici işlər naziri Mohammad Javad Zarif deyib ki, Tehran onları bir masa arxasına gətirmək üçün Yəməndəki müxtəlif qruplaşmalarla əlaqə yaratmağa hazırdır.

Yəməndə hazırda hökumətə bağlı qüvvələrlə İran tərəfindən dəstəkləndiyi söylənən husi şiə qiyamçıları arasında döyüşlər davam edir.

İranın regional rəqibi olan Səudiyyənin rəhbərlik etdiyi koalisiya husi mövqelərini havadan bombardman edir.

Zarif deyib kİ, Yəməndəki vəziyyəti Səudiyyənin Türkiyə və Pakistan kimi müttəfiqləri ilə müzakirə edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG