Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:52

Şirkətin birinci vise-prezidenti Ravil Maganov deyib ki, “biz İrana qarşı sanksiyalar qaldırıldıqdan sonra bu ölkədəki layihələrdə iştirak etmək istəyirik”.

Rusiyanın neft şirkəti LUKoil İsveçrədə İranla dünya gücləri arasında əldə olunmuş ilkin razılaşmanın ardınca Tehrandakı ofisini yenidən açmaq qərarına gəlib.

Şirkətin birinci vise-prezidenti Ravil Maganov deyib ki, “biz İrana qarşı sanksiyalar qaldırıldıqdan sonra bu ölkədəki layihələrdə iştirak etmək istəyirik”.

Maganov deyib ki, bu mənada “Anaran” layihəsi LUKoil üçün əsas prioritet olacaq, lakin şirkət həm də başqa layihələrə aid geoloji məlumatları öyrənir.

LUKoil və Norveçin Statoil şirkətləri Anaran neft yataqlarının inkişaf etdirilməsinə 2003-cü ildən başlamışdılar, lakin 2011-ci ildə İran üzərinə qoyulmuş sanksiyalarla bağlı işi dayandırdılar.

İraqla sərhəd bölgədə yerləşən bu yataqda 2 milyard barrel neftin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG