Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:22

Ukrayna Putinin “boz kardinalı”nı təhqiq edir


Vladislav Surkov
Vladislav Surkov

Ukrayna təhlükəszilik xidmətlərinin araşdırdıqları şəxslər arasında “Putinin boz kardinalı” kimi tanınan müşaviri Vladislav Surkovun da adı var.

Ukraynanın hakimiyyət orqanları Rusiyanın yüksək vəzifəli şəxslərinin Maydan fəallarına qarşı “cinayətlərini” araşdırır.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti SBU-nun rəhbəri Valentin Nalivaychenko məlumat verib.

Ukrayna təhlükəszilik xidmətlərinin araşdırdıqları şəxslər arasında “Putinin boz kardinalı” kimi tanınan müşaviri Vladislav Surkovun da adı var.

Surkov ötən ilin fevralında Kiyevə səfər etmişdi.

İki ay bundan əvvəl prezident Petro Poroshenko iddia etmişdi ki, Surkov 2014-cü ilin fevralında Maydan iştirakçılarının gülləbaranında əsas rol oynayıb.

“Hazırda Surkov-un 2014-cü ilin 20-21 fevralında SBU-nun keçmiş rəhbəri Yakimenko ilə təhlükəsizlik xidmətinə aid bir evdə yaşaması faktı araşdırılır.

Valentin Nalivaychenko qeyd edib kİ, həmin dövrdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları da Kiyevdə olublar.

Vladimir Putin bu ittihamları “cəfəngiyyat” adlandırıb.

Nalivaychenko qeyd edib ki, Yakimenkonun hazırda Krımda gizləndiyi barədə məlumatlar var.

SBU rəhbərinin sözlərinə görə, beynəlxalq hüquq-mühafizə təşkilatları üçün onu tapmaq mürəkkəb iş olmayacaq.

XS
SM
MD
LG