Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:56

"Həyatım haqda bildiklərimin hamısını kitablardan öyrənmişəm"


Jean-Paul Sartre

Jean-Paul Sartre

-

Fransız yazıçısı, filosofu Jean-Paul Sartre-ın elmi və bədii əsərlərindən sitatlar:

- Elə ki qələbənin detallarını eşitdin, onu məğlubiyyətdən fərqləndirmək çətin olur.

- Uduzulmuş döyüş – insanın artıq uduzduğunu düşündüyü döyüşdü.

- Mən ölüm haqda yalnız huzurla düşünürəm – nəyinsə sonu kimi. Ölümün həyata maneçilik törətməsinə qarşıyam. Ölüm həyata yalnız onun hansı məna kəsb etdiyini aydınlaşdırmaq üçün daxil olmalıdır.

- Ədəbiyyat hər şey demək deyil. O kiminsə bircə saatlıq üzüntüsünə də dəyməz.

- İki növ kasıb insan var: kasıb həyatı birlikdə yaşayanlar və yalqız kasıblar. İkincilər, sadəcə, bəxti gətirməmiş varlılardır.

- Faşizm – öz qurbanlarının sayı ilə yox, öz qurbanlarını necə öldürməsi ilə səciyyələnir.

- Mənim fikirlərim – elə mən özüməm. Düşünməyə məhz bu səbəbdən son verə bilmirəm. Mən ona görə mövcudam ki, düşünməməyimin mümkünsüzlüyünü anlayıram.

- Həyatım haqda bildiklərimin hamısını, belə aydın olur ki, kitablardan öyrənmişəm.

Günün bütün mövzuları

XS
SM
MD
LG