Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41

Sərnişinlərin daxil olduğu saytlardakı viruslar təyyarənuin idarəetmə sisteminə də təmas edə bilər.

ABŞ-da təyyarə sərnişinlərinin internetə çıxış üçün istifadə etdikləri simsiz sistemlərə haker hücumları ola bilər.

ABŞ Hökumətin Hesabatlılığı Agentliyinin hesabatında deyilir ki, hakerlər bundan uçuşlara nəzarəti ələ almaq üçün istifadə edə bilərlər.

Hazırda hava nəqliyyatının dispetçer sistemi peyk texnologiyasından istifdadə üçün modernizasiya edilir.

Agentlik bildfirir ki, kibertəhlükəsizlik ekspertlərinin fikrincə, sərnilşinlərin və təyyarənin uçuş sisteminin eyni kompüter “çığırından” istifadə etməsi hakerlərə bu sistemə arzuolunmaz müdaxilə imkanı verə bilər.

Onların fikrincə, sərnişinlərin daxil olduğu saytlardakı viruslar təyyarənuin idarəetmə sisteminə də təmas edə bilər.

Xüsusi Senat Komitəsi sözü gedən problemin araşdırılmasını öz prioritetlərindən biri etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG