Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 21:29

Avropa İttifaqı Google-u “ədalətsiz” reklamda ittiham edir


Avropanın ədalətli rəqabət komissarı Margrethe Vestager.
Avropanın ədalətli rəqabət komissarı Margrethe Vestager.

Avropa İttifaqı iddia edir ki, Google “haqq asldığı şirkətlərin” reklamlarını daha “gözəçarpan” edir.

Avropa İttifaqı Google şirkətinin ticarət reklamları sahəsinə ədalətli rəqabət prinsiplərini pozması ilə bağlı rəsmi şikayət verib.

İttifaqın rəqabət məsələləri üzrə komissarı Margrethe Vestager bildirib ki, Google-a qarşı iradlar siyahısında onun axtarış sistemində özünə bağlı şirkətlərə daha yaxşı çıxış verməsi də var.

Başqa sözlərlə, Google “haqq asldığı şirkətlərin” reklamlarını daha “gözəçarpan” edir.

Məsələn, deyək ki, fotokamera almaq istəyənlər Google-a axtarış verəndə onların qarşısına bütün linklərdən əvvəl şirkətin “özünə bağlı mağazalar”ın reklamları çıxır.

Aİ cavab üçün Google şirkətinə 10 gün vaxt verib. Google bildirib ki, ittihamlarla razı deyil və öz mövqeyini müdafiə edəcək.

Xanım Vestager habelə deyib ki, o hazırda Google şirkətinin öz Android sistemi üçün aplikasiya və xidmətləri nə dərəcədə ədalətli paketlədiyini öyrənir.

Komissar bunu da əlavə edib ki, İttifaq Google şirkətinin başqa fəaliyyət sahələrini də təftiş edəcək.

Xəbər verilir ki, Aİ bu təhqiqatları artıq beş ildir aparır və iş milyardlarla dollar edən cəriməli məhkəmələrə səbəb ola bilər.

Google bütün Aİ üzrə axtarışların 90 faizinə “mühərriklik” edir.

Avropa Komissiyası bildirib ki, Google-a qarşı inhisar iddiaları Microsoft, Tripadvisor, Streetmap və başqaları tərəfindən qaldırılıb.

XS
SM
MD
LG