Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:11

-

Cannes Festivalı bu il qadın rejissorun filmi ilə açılacaq.

Bu, fransız Emmanuelle Bercot-nun “Başını dik tutaraq” filmidir.

Baş rolu məşhur aktrisa Catherine Deneuve oynayır.

Film yeniyetmə cinayətkar Meloninin həyat hekayətini anladır.

Onun həyatına, işinə baxan hakim müdaxilə etməyə çalışır.

Hakim rolunu Deneuve ifa edir.

Festival mayın 13-də başlanır. Az qala 30 ildir ki, Cannes Festivalı qadın rejissorun filmi ilə açılmayıb.

Builki festivalın siması olaraq da qadın sənətçi - İsveç-amerikan aktrisası Ingrid Bergman seçilib.

Son illərdə böyük film studiyaları qadınlara qarşı ayrı-seçkiliyi hələ də aradan qaldıra bilməməkdə, qadın rejissorlara filmləri az-az həvalə etməkdə qınanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG