Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:51

ATƏT-in Ukraynanın şərqindəki müşahidəçi missiyası son günlər atəşkəsin pozulması hallarının xeyli ardığını xəbərdarlıq edir.

Missiyanın sözçüsü Michael Bociurkiw aprelin 15-də Kiyevdə BBC-yə həmçinin Donetsk hava limanı yaxınlığı və Şirokine kəndi ətrafında intensiv döyüşlər getdiyini bildirib.

Bu kənd hazırda Ukrayna ordusunun nəzarətində olan Mariupol şəhərinin yaxınlığında yerləşir.

Bociurkiwin sözlərinə görə, müşahidəçilər aprelin 14-də Donetsk hava limanı yaxınlığında 700-dən çox partlayış səsi qeydə alıblar.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Bu ilin Fevralında Minskdə tərəflər arasında əldə edilmiş atəşkəs rejiminə ATƏT-in xüsusi missiyası nəzarət edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG