Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:52

Elmar Məmmədyarov Latviya prezidenti ilə görüşüb


Elmar Məmmədyarov və Andris Bērziņš

Elmar Məmmədyarov və Andris Bērziņš

-

Aprelin 14-15-də Latviyada rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Latviya prezidenti Andris Bērziņš ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edildi.

Elmar Məmmədyarov Avropa İttifaqına sədrlik münasibətilə Latviyanı təbrik edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Andris Bērziņš «Şərq Tərəfdaşlığı» çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvarlığını bildirib. «O, enerji sahəsində Azərbaycan ilə Avropa İttifaqı arasında olan əlaqələri yüksək qiymətləndirib»- məlumatda deyilir.

Elmar Məmmədyarov isə deyib ki, Avropa Birliyi ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığı var. O, bunun digər sahələrə də sirayət etməsinin vacibliyini vurğulayıb. Azərbaycanlı nazir Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafında TANAP və TAP layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG