Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

Budapeştdə Türkiyə və Azərbaycan səfirlikləri birgə konfrans keçirdi


Konfrans

Konfrans

-

100 illiyi dünya miqyasında geniş təbliğ olunan «erməni soyqırımı» haqqında macar ictimaiyyətini obyektiv məlumatlandırmaq məqsədilə Budapeşt şəhərindəki Yunis İmrə Türk Mədəniyyəti İnstitutunda «Gizlin həqiqətlər: 1915-1918-ci illərdə Anadolu və Cənubi Qafqazda erməni məsələsi» adlı konfrans keçirilib.

Azərbaycanın bu ölkədəki səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, konfrans Azərbaycan və Türkiyənin Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə baş tutub.

Konfransa moderatorluq edən Macarıstan parlamentinin deputatı Tamás Hegedűs indiyə qədər bir sıra dünya ölkələrində «erməni soyqırımı» məsələsinin birtərəfli şəkildə, daha çox erməni mövqeyindən araşdırıldığını bildirərək fərqli baxışın aşkara çıxarılmasının və dünya miqyasında geniş yayılmasının zərurini vurğulayıb.

Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının Macarıstandakı səfirləri Şakir FakılıVilayət Quliyev konfrans iştirakçılarına müraciətlə iki qardaş ölkədə bu gün də gündəmdən düşməyən «erməni məsələsi»nin həqiqi mahiyyəti və onun törətdiyi fəsadlar haqqında məlumat veriblər.

Ankaradakı Bilkənt Universitetinin professoru Jeremy Mills Salt-ın məruzəsində Daşnaksütyun partiyasının rəhbərliyi altında erməni silahlı birləşmələrinin Anadoluda, Azərbaycan MEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Nigar Gözəlovanın məruzəsində isə Azərbaycanda törətdikləri aktlar barəsində fakt və slaydların köməyi ilə geniş məlumat verilib.

Məruzəçilər konfrans iştirakçılarının suallarını da cavablandırıblar.

Konfrans çərçivəsində Budapeştdəki Azərbaycan səfirliyinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycandakı erməni terrorunun facıəli səhifələri haqqında çap etdiyi kitab və broşürların sərgisi də təşkil olunub.

Konfransın işində Macarıstan Parlamentinin keçmiş sədri Katalin Szili, millət vəkilləri, müxtəlif ölkələrin Budapeştdə akkreditə olunan diplomatları, alimlər, jurnalistlər, türk və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG