Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:06

Bakıdakı ali məktəblərdə imtahanlar mayın 11-31- tarixində keçiriləcək.

Təhsil naziri Mikayıl Cabbarov 2014-2015-ci tədris ilində yaz semestr imtahanlarının təşkili və keçirilməsi barədə müvafiq əmr imzalayıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, 2015-ci ildə Bakı I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar imtahanlar bu tarixdə keçiriləcək.

Əmrə əsasən dəyişikliyə görə, Ali məktəblərdə baş verə biləcək hər jansı neqativ hala görə rektorlar məsuliyyət daşıyacaq.

Rektorlar sessiya bitdikdən sonra, 10 gün ərzində imtahanların təşkili, keçirilməsi və nəticələri barədə Təhsil Nazirliyinə hesabat verməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG