Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:01

SOCAR TANAP layihəsindəki payını satmaq fikrində deyil


Azerbaijan -- SOCAR logo

Azerbaijan -- SOCAR logo

İran tərəfindən Trans-Anadolu Qaz kəməri layihəsində pay almaqla bağlı Azərbaycan Dövlət Neft Şirkətinəelə bir müraciət daxil olmayıb.

APA-nın məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

O deyib ki, SOCAR-ın TANAP layihəsində 58% payı var və dövlətlərarası razılaşmaya əsasən, şirkətin bu layihədə payı 51%-dən aşağı olmamalıdır.

Süleyman Qasımov qeyd edib ki, SOCAR bu layihədəki payını satmaq fikrində deyil.

Amma Türkiyə tərəfi öz payını satmaq istəsə, bu, onların öz işidir və təbii ki, bu da layihədəki tərəfdaşların razılığı ilə həyata keçiriləcək”, - deyə vitse-prezident bildirib.

Türkiyə rəsmisi bu günlərdə İranın da bu layihəyə qoşulmasının mümkünlüyünü istisna eləməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG