Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:30

İslam Dövləti yaraqlılarının İraqın Ramadi şəhərində əks-hücuma keçdikləri xəbər verilir.

Yerli sakinlərin sözlərinə görə yaraqlılar aprelin 15-də bu ərazidə 3 kəndi ələ keçiriblər.

Associated Press agentliy iSjariyah, Albu-qanim və Soufiya kəndlərinin günortayadaək yaraqlılar tərəfindən zəbt edildiyini xəbər verir.

Məlumatlara görə, hazırda Ramadinin şərqində, hökumət binalarının 2 kilometrliyində döyüşlər gedir.

Hökumət qüvvələrinə havadan da dəstək göstərilir.

Yeni döyüşlər İraq qüvvələrinin yaraqlıları Ramadinin şimal-şərqindən çıxarmasından 2 gün sonra başlayıb.

Hazırda İraq və Suriyanın bir sıra rayonları İslam Dövləti yaraqlılarının nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG