Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

Erdogan Avropa Parlamentində gözlənilən qətnaməni kəskin pisləyib


Erdogan

Erdogan

Türkiyə prezidenti Racep Tayyip Erdogan aprelin 15-də Avropa Parlamentinin Osmanlı imperiyası dövründə ermənilərin kütləvi qırğınını “soyqırım” kimi adlandıran qətnamə qəbul etməyə hazırlaşmasını kəskin pisləyib.

Avropa Parlamentindəki əsas siyasi qrupların dəstəklədiyi qətnamədə deyilir ki, Ankara soyqırımı tanımaq üçün öz arxivlərini açmalı, öz keçmişi ilə barışmalı və bununl Türkiyə iə Ermənistan arasında əsil barışığa yol açmalıdır.

Ermənistan Osmanlı imperiyası dövründə 1,5 milyon erməninin soyqırımına məruz qaldığını iddia edir.

Türkiyə ittihamı rədd edir və həmin vaxt baş verən vətəndaş müharibəsində hər iki tərəfdən kütləvi ölənlər olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG