Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:46

Kerry İranla yekun razılaşma imzalanacağına əmin olduğunu deyir


ohn Kerry

ohn Kerry

ABŞ Dövlət katibi John Kerry İranın nüvə proqramı ilə bağlı danışıqlarda yekun razılaşma əldə oluna biləcəyinə əmin olduğunu bildirib.

O belə bir bəyanatla aprelin 15-də böyük 7-lər ölkələri xarici işlər nazirlərinin görüşünə qatılmaq üçün Almaniyanın Lyubek şəhərinə gəldikdən sonra çıxış edib.

Kerry qeyd edib ki,İranla yeku razılaşma dünyanı daha təhlükəsiz edəcək.

Aprelin 2-də İsveçrədə İranın nüvə proqramı ilə bağlı Tehran və 6 dünya ölkəsi arasında çərçivə sazişi imzalanıb.

Söhbət İranın nüvə proqramını dondurması və əvəzində ona qarşı beynəlxalq sanksiyaların ləğvindən gedir.

Tərəflər iyunda yekun razılaşma əldə etmək qərarına gəliblər.

Kerry deyib ki, İranla danışıqları başa çatdırmaq üçün yaxın 2 ay yarım ərzində qarşıda böyük tapşırıq durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG