Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:07

-

Azərbaycanda bu ilin fevral ayında kommersiya banklarında manatla depozit qoyuluşu azalıb.

Mərkəzi Bankın aprelin 14-də açıqladığı məlumata görə, bu ilin fevral ayında manat depoziti yanvar ayına nisbətən 17 faiz azalıb. Yanvarda manat depoziti 6 milyard 878.6 milyon, fevralda isə 5 milyard 643.3 milyon olub.

Əvəzində xarici valyuta ilə depozit yanvar ayı ilə müqayisədə 50 faiz artıb. Yanvarda xarici valyuta 4 milyard 331.5 milyon, fevralda isə 6 milyard 507.6 milyon olub.

Müstəqil iqtisadçılar hesab edirlər ki, Mərkəzi Bank fevral ayında manatın devalvasiyası ilə bağlı qərar verəndən sonra əmanətçilər banklarda manatla qoyulan depoziti ya geri çəkiblər, ya da xarici valyutaya çeviriblər. Ekspertlər manatla depozit qoyuluşunun azalacağını proqnozlaşdırırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG