Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:03

İranla nüvə danışıqları aprelin 21-də bərpa olunacaq


Mohammad Javad Zarif

Mohammad Javad Zarif

-

İran bildirir ki, nüvə proqramı üzrə yekun sazişlə bağlı altı ölkə ilə danışıqlar aprelin 21-də bərpa olunacaq.

İranın xarici işlər naziri Mohammad Javad Zarif aprelin 14-də Madriddə deyib ki, tərəflər daimi sazişin “mətnini hazırlamağa” başlayacaqlar.

Danışıqlar İran, Avropa Birliyi, Fransa, Britaniya, Almaniya, Çin, Rusiya və ABŞ təmsilçiləri arasında aparılır.

Zarif danışıqların yerini açıqlamayıb.

Tərəflər ilki razılaşmanı aprelin 2-də İsveçrənin Lozanna şəhərində əldə ediblər. Yekun saziş isə iyunun 30-dək razılaşdırılmalıdır.

Zarif deyib ki, “”sazişə yaxınıq”, ancaq əlavə edib ki, “Birləşmiş Ştatlar və Avropadakı dostlarımızdan bəziləri” sanksiyaların qaldırılması məsələsində mövqeyini dəyişməlidir.

Zarif-in sözlərinə görə, başqa ölkələrdə belə edərsə, İran nüvə proqramıyla bağlı “qarşısıalınmaz addımlar” atacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG