Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

Rusiyadakı azərbaycanlılara işə çıxmamaq barədə müraciət olunub


Ultra-millətçilərin nümayişi, Moskva, 21 sentyabr 2006
Ultra-millətçilərin nümayişi, Moskva, 21 sentyabr 2006

Rusiyadakı Qanunsuz İmmiqrasiyaya Qarşı Hərəkat noyabrın 4-də Moskvada və Sankt-Peterburqda qanunsuz miqrasiya və etnik cinayətkarlara qarşı «rus marşı» adlandırılan yürüş keçirmək istəyir. Adı çəkilən şəhərlərin meriyaları bu yürüşlərə rəsmi şəkildə rədd cavabı versə də Moskvada Azərbaycan dilində nəşr olunan «Millətin Səsi» qəzetindən «Azadlıq» radiosuna verilən məlumata görə millətçi qruplar noyabrın 4-ə planlaşdırdıqları yürüşlə bağlı ciddi hazırlıq işləri aparmaqdadırlar. Hətta bəzi bazarların ətrafına müxtəlif çağırışlar yazılmış vərəqələr atılmaqdadır.


Azərbaycanın Rusiyadakı səfirliyindən bu məsələlərlə bağlı hər hansı məlumat almaq mümkün olmasa da Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, artıq Rusiya millətçilərinin keçirmək istədikləri yürüşlə bağlı məsələlərdən xəbərdardırlar. Komitənin Rusiyadakı azərbaycanlılarla iş şöbəsinin rəhbəri Nazim
Qaraxanovun dediyinə görə, komitə Rusiyadakı diaspora təşkilatları vasitəsilə hər iki şəhərdə bazarlarda və müxtəlif yerlərdə çalışan azərbaycanlılara bir-iki günlük işə çıxmamaq barədə müraciət edib. Cənab Qaraxanovun sözlərinə görə, baş verə biləcək xoşagəlməz halların qarşısının alınmasıyla bağlı diaspora təşkilatlarının nümayəndələri həmvətənlərinə müraciətlərlə yanaşı Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları ilə də bir sıra görüşlər keçiriblər. Elə bu baxımdan da komitə rəsmisi hesab edir ki, belə bir aksiyanın keçirilməsinə rəsmi icazə verilmədiyindən Rusiya hüquq mühafizə orqanları azərbaycanlılara qarşı hücumlara imkan verməyəcəklər.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG