Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:59

-

«Mən törətmədiyim cinayəti etiraf edə bilmərəm».

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hüquq müdafiəçisi Rəsul Cəfərov son sözündə belə deyib.

Dövlət ittihamçısı öz çıxışında bildirmişdi ki, Rəsul Cəfərov öz cinayətini etiraf etsə, cəzası yüngülləşə bilər. Rəsul Cəfərov hakimdən istəyib ki, hökm verərkən özünün, vəkillərin təqdim etdiyi sübutlara istinad etsin.

Rəsul Cəfərova hökm aprelin 16-da oxunacaq.

Hüquq müdafiəçisinin son sözündə dedikləri bir azdan ətraflı sayta yerləşdiriləcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir. Hakimiyyət təmsilçiləri isə Rəsul Cəfərova qarşı ittihamlarda hər hansı siyasi motiv olmadığını, onun konkret cinayətlərə görə saxlandığını deyirlər.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG