Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33

-

Haker hücumlarının uğurla nəticələnməsinə bilirsiniz nə səbəb olur? İşçilər təhlükəli linkləri, email-ləri açırlar. Şirkətlər virusları önləmək üçün gərəkən proqram əlavələrini tətbiq etmirlər və texniklər də sistemləri lazımınca konfiqurasiya etmirlər. Bunu bu həftə açıqlanan iki hesabat üzə çıxarıb. Hesabatları «Verizon» və «Symantec» şirkətləri hazırlayıb. «Reuters» agentliyi yazır ki, gələn həftə San-Fransiskoda dünyanın ən böyük texnologiya təhlükəsizliyi konfransı keçiriləcək və bu məsələlər müzakirə olunacaq.

«Verizon Communications Inc.» şirkətinin çərşənbə günü açıqlanan hesabatında qeyd olunur ki, 2014-cü ildə tədqiq olunan 290 elektron casusluq halından üçdə ikisi «fişinq» (phishing), yəni dələduz email-lər vasitəsilə əldə olunub.

«Verizon» aşkarlayıb ki, bir neçə nəfər həmin yalançı linkləri açsa və onları daha 10 nəfərə göndərsə, hakerlər 90 faiz korporasiyaya daxil olmuş sayılır.

«Symantec Corp.» şirkətinin çərşənbə axşamı açıqladığı hesabatda isə vurğulanır ki, dövlət casusları da «fişinq» texnikasından istifadə ediblər.

«Symantec»in üzə çıxardığı daha bir narahatedici məqam odur ki, hakerlər kompüterin fayllarını kodlaşdırır və ödəniş əvəzində qaytarılacağını deyir (80 faiz halda isə onlar faylları koddan çıxarmırlar).

VLADIMIR PUTIN «TIME» SORĞUSUNDA BİRİNCİ OLDU

Rusiya prezidenti Vladimir Putin «Time» jurnalının illik sorğusunda birinci yeri tutub.

Vladimir Putin

Vladimir Putin

O, reper-müğənni olan CL-ni də ötüb və səslərin 6.95%-ni qazanıb. İlk beşlikdə qalan yerləri isə Lady Gaga, Rihanna və Taylor Swift uyğun olaraq 2.6%, 1.9% və 1.8% faiz səslə tutub.

«Time» dünyada 100 ən nüfuzlu şəxslərin illik siyahısıdır. Buraya siyasət, əyləncə, biznes, texnologiya, elm, din və digər sahələrin tanınmış simaları daxil edilir. «Time» redaktorlarının seçdiyi siyahı aprelin 16-da açıqlanacaq. Oxucu səsverməsi aprelin 10-da bitib.

Putin-dən başqa ilk onluqda Dalai Lama (1.7%), Malala Yousafzai (1.6%) və Papa Francis (1.5%) var. Barack və Michelle Obama-lar ilk 10-luğa düşə bilməyiblər, hərəyə 1.4% və 1.2% səs qazanıblar.

Səslərin yarıdan çoxu — 57.38%-i Birləşmiş Ştatlarda toplanıb. Daha sonra 5.54% və 4.55%-lə Kanada və Birləşmiş Krallıq gəlir.

UKRAYNADA ATƏŞKƏSƏ FƏRQLİ BAXIŞLAR

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Ukrayna bu həftə rusiyapərəst separatçıları Ukraynanın şərqində hücumları artırmaqda ittiham etməyə başlayıb. Ukrayna rəsmiləri bildirib ki, həftəsonu Donetsk və Şirokino ərazilərində atəşkəs pozuntuları son bir neçə həftəyə nisbətən daha intensiv olub. Mərkəz yazır ki, bu pozuntular yeni olmasa da, Ukrayna Rusiyanın Minsk sazişini pozduğunu göstərmək istəyir:

Rusiyapərəst separatçı - 26 mart 2015

Rusiyapərəst separatçı - 26 mart 2015

«Rusiya NATO-nun Şərqi Avropada artan iştirakını tənqid etsə də, Moskva Ukraynanın şərqində durumun sakitləşməsini istədiyini nümayiş etdirib. İkinci Minsk sazişini tam yerinə yetirməsə də, Moskva Ukraynanın hərbi reaksiya verməməsi və ya Avropa ölkələrinin sanksiyalarının artmaması üçün Ukraynanın şərqində fəaliyyətini zəiflədib. Kremlin strategiyası separatçı regionları Kiyevlə danışıqlarda təsir vasitəsi kimi saxlamaqdır».

Qurum NATO, Ukrayna, ABŞ və ATƏT rəsmilərinin son bir neçə ayda fərqli ritorika ilə çıxış etdiyini vurğulayır. Qərbi Avropa, özəlliklə Almaniya üçün Ukraynada gərginliyin azalmasına vasitəçilik, regionda sabit təhlükəsizlik mühitinin yaradılması arzuolunandır. ABŞ-ın üstünlük təşkil etdiyi NATO isə alyansın şərq kənarı boyunca müdafiəsini gücləndirmək, Rusiyanın əlavə hərəkətlərinin qarşısını hərbi əməliyyatlar doğurmadan almaq istəyir. Bunlar da müttəfiqlər arasında fikir ayrılığı yaradır və Qərb koalisiyasını parçalamaqda davam edəcək:

«Almaniya və Birləşmiş Ştatlar Maydan hərəkatını dəstəklədi. Ancaq qərbi avropalıların Ukrayna münaqişəsinə baxışı Şərqi Avropadan fərqlənir. Qərbi Avropa münaqişənin, gərginliyin səngiməsinə çalışır. Birləşmiş Ştatlar isə Şərqi Avropada ikitərəfli müdafiə xəttini gücləndirməkdədir. Elə bir regional alyans yaratmağa çalışır ki, Moskvanın Rusiyanın periferiyasında əlavə hərbi addımlar atmasını əngəlləyə bilsin».

Günün bütün mövzuları

XS
SM
MD
LG