Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:47

-

Ukrayna prezidenti Petro Poroshenko Birləşmiş Ştatlardakı səfiri çıxarıb. Oleksandr Motsyk həmin postdan uzaqlaşdırılması barədə sərəncam aprelin 14-də verilib, ancaq səbəb göstərilməyib.

Motsyk 2010-cu ilin iyunundan Vaşinqtonda səfir kimi çalışırdı. Onu keçmiş prezident Viktor Yanukovych təyin etmişdi. Yanukovych 2014-cü ilin fevral etirazlarında devrilib.

Birləşmiş Ştatlar Ukraynanın separatçılarla mübarizəsində əsas müttəfiqidir.

Ukrayna mediası yazır ki, Motsyk-i Poroshenko administrasiyası rəhbərinin müavini Valeriy Chaly əvəzləyə bilər. Chaly aprelin 3-də deyib ki, Poroshenko təklif etsə, bu vəzifəni qəbul edər.

Günün bütün mövzuları

XS
SM
MD
LG