Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Huti silahlıları BMT-nin silah embarqosunu pisləyir


Yəməndə hava zərbəsindən dağılmış stadion

Yəməndə hava zərbəsindən dağılmış stadion

-

Yəməndəki şiəməzhəb huti silahlıları BMT-nin Təhlükəsizlik Şurasının onlara və müttəfiqlərinə qarşı silah embarqosunu pisləyib.

Hutilərin rəhbərlik etdiyi Ali İnqilab Komitəsi aprelin 14-də BMT-nin “işğala” dəstəyinə qarşı etirazlara çağırıb.

İranın dəstək verdiyi hutilər Yəməni sürətlə ələ keçirib, Səudiyyə isə koalisiya yaradaraq onlara hava zərbələrinə başlayıb.

Səudiyyə Ərəbistanının BMT-dəki səfiri Abdallah al-Moualimi deyib ki, BMT-nin qətnaməsi hava zərbələri kampaniyasının “çox aydın şəkildə qüvvəyə mindirir”.

Bu arada Misir və Səudiyyə Ərəbistanı digər Körfəz ölkələri ilə birlikdə Səudiyyədə “böyük hərbi manevrlər” keçirməyə müzakirə edib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif isə deyib ki, Tehran Yəmən üçün sülh planı təklif edib. Atəşkəs, daha sonra xaricilərin vasitəçiliyi və bütün tərəflərin iştirakıyla danışıqlar aparılması təklif olunur.

XS
SM
MD
LG