Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:37

İki yeniyetməyə qarşı seksual təcavüz iddiası İranda antiərəb hissləri alovlandırıb


Tvitter və Facebook-da yayılan bəzi “yumşaq” təhqirlərə “kərtənkələ yeyənlər”, “çəyirtkə yeyənlər” və “dəvə südü içənlər” kimi ifadələr daxildir.

Səudiyyə Ərəbistanının Ciddə hava limanından keçən iki iranlı yeniyetmə zəvvara qarşı ötən ay seksual təcavüz törədildiyi barədə iddialar İranda antiərəb hissləri alovlandırıb.

İddialara görə iki iranlı oğlan Həcc ziyarətindən vətənlərinə qayıdarkən Səudiyyə Ərəbistanının zabitləri tərəfindən cinsi təcavüzə məruz qalıblar.

Bu hadisənin təfərrüatları hələlik açıqlanmayıb, bəzi İran rəsmiləri isə zəvvarlara qarşı təcavüz olmadığını bildiriblər.

İranı etiraz aksiyaları bürüyüb

Baş verən hadisənin təbiəti tam aydın olmasa da, insident bəzi iranlıların ərəblərə qarşı dərin xürafatının ictimai qəzəbə çevrilməsi ilə nəticələnib.

Prezident Hassan Rouhani hadisənin araşdırılmasına sərəncam verib, Xarici İşlər Nazirliyi isə izahat verməsi üçün Səudiyyə səfirini dəvət edib.

İran Məkkə və Mədinyə təyyarə reyslərini aprelin 13-də dayandırıb.

Son bir neçə gündə İranın bir sıra şəhərlərində Səudiyyəyə qarşı etiraz aksiyaları keçirilib.

Etirazçılar Səudiyyə Ərəbistanından sözü gedən zabitlərin edam olunmasını tələb ediblər.

Onlar həmçinin İran hökumətinin Tehrandakı Səudiyyə səfirliyini bağlamasını tələb edirlər.

İddia edilən hadisə ilə əlaqədar iranlılar ayrıca Səudiyyəyə deyil, bütün ərəblərə qarşı qəzəb ifadə edirlər.

İranda “ərəb söyüşləri”

Ərəblərə dair İranda formalaşmış stereotiplər sosial mediada geniş yayılır.

Tvitter və Facebook-da yayılan bəzi “yumşaq” təhqirlərə “kərtənkələ yeyənlər”, “çəyirtkə yeyənlər” və “dəvə südü içənlər” kimi ifadələr daxildir.

İran stereotiplərinə görə ərəblər “mədəniyyətsiz səhra adamlarıdırlar” və fars mədəniyyətindən faydalanıblar.

Bəzi stereotiplər İranın 7-ci əsrdə ərəblər tərəfindən işğal edilməsinə qəzəbdən doğur.

Bir sıra iranlılar düşünürlər ki, bu işğal ölkəyə islam dinini gətirsə də, fars sivilizasiyasını məhv edib.

İngiltərədəki Birmingem Universitetinindənİran üzrə ekspert və EA World View internet saytının redaktoru Scott Lucas deyir ki, ərəblərə qarşı stereotiplərdən hətta İranın liderləri də istifadə edirlər.

Aprelin 9-da ali rəhbər Ayətullah Ali Khamenei Səudiyyə Ərəbistanına qarşı çox təhqiramiz bir çıxış edib.

“Təcrübəsiz uşaq-muşaq”

Ali rəhbər Səudiyyənin liderlərini “təcrübəsiz uşaq-muşaq”, ölkənin özünü isə “geriqalmış”adlandırıb.

Ciddə insidentindən əvvəl də Tehranla Ər-Riyad arasındakı münasibətlər kifayət qədər gərgin idi.

Riyad və Tehran Yəməndə baş verənlərlə əlaqədar ciddi fikir ixtilafındadırlar.

Orada Səudiyyənin başçılığı altında koalisiya şiəməzhəb husilərə hava zərbələri endirir, İranın isə elə həmin qiyamçıları dəstəklədiyi söylənir.

Scott deyir ki, İran liderləri ictimai qəzəbin bütün ərəb dünyası üzərinə yönəlməsinə yol verməməlidirlər.

Beləki İranın özündə böyük ərəb azlığı yaşayır və Tehranın Suriya prezidenti Bashar al-Assad da daxil bir neçə regional ərəb dostları var.

Şərhləri göstər

XS
SM
MD
LG