Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:52

Avstriyada iki qazaxıstanlının məhkəməsi başlandı


"Qazaxıstan DTK-nın" keçmiş rəhbəri Alnur Mussaev (sağda) və Vadim Koshlyak məhkəmədə.

"Qazaxıstan DTK-nın" keçmiş rəhbəri Alnur Mussaev (sağda) və Vadim Koshlyak məhkəmədə.

Bu prosesdə əsas şübhəli sayılan Rakhat Aliyev-in asılmış meyiti Vyana həbsxanasındakı kamerasında aşkar edilib. O prezident Nazarbayevin keçmiş kürəkəni və Avstriyadakı səfiri olub.

Vadim Koshlyak və Alnur Mussayev 2007-ci ildə Qazaxıstanda iki bankirin oğurlanmasında və qətlində şübhəli bilinirlər.

Əslində bu məhkəmə prosesinin əsas müttəhimi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni, ölkənin Avstriyadakı keçmiş səfiri Rakhat Aliyev olmalı idi, lakin fevral ayında onun asılmış meyiti Vyana həbsxanasındakı kamerasında aşkar edilib.

İki bankirin - Zholdas Timraliyev və Aybar Khasenov-un meyitləri isə heç vaxt tapılmayıb.

Vyana prokuroru Bettina Wallner məhkəmədə bəyan edib ki, mərhum Rakhat Aliyev və Vadim Koshlyak-la Alnur Mussayev iki bankirin qətlini birlikdə planlaşdırıblar.

İttihamnaməyə görə Koshlyak bankirləri dustaq saxlayaraq onların mülkiyyətlərinin və səhmlərinin əllərindən alınmasında Rakhat Aliyevə kömək edib.

Hər iki qazaxıstanlı ittihamları rədd edirlər.

Rakhat Aliyev vaxtilə Qazaxıstan prezidentinin ən yaxın müttəfiqi olub, lakin onların arası 2007-ci ildə dəyib.

Aliyev 2007-ci ildə Qazaxıstan məhkəməsi tərəfindən mütəşəkkil cinayətkarlıq və dövlət çevrilişinə cəhd ittihamları ilə qiyabi olaraq 40 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Avstriya şübhəliləri Qazaxıstana ekstradisiya etmək barədə Nazarbayevin ricasını rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG