Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:46

Britaniya qırıcıları ölkənin hava məkanında Rusiya təyyarələrini “tutub”


Tupolev Tu-95 "Ayı" strateji bombardmançısı

Tupolev Tu-95 "Ayı" strateji bombardmançısı

Bu hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.

Britaniya Kral Hərbi Hava Qüvvələrinin qırıcıları Birləşmiş Krallığın hava məkanı yaxınlığında iki Rusiya təyyarəsini aşkar edib.

Britaniyanın Müdafiə Nazirliyi xəbəri təsdiq edib.

Bu hadisə Britaniyada 50 gəminin iştirakilə NATO manevrlərinin keçirildiyi həssas bir zamana təsadüf edib.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya təyyarələrini nəzarətdə saxlamaq üçün havaya Typhoon qırıcıları qaldırılıb.

Bundan sonra Rusiya təyyarələri dönərək geri qayıdıb.

Rusiya təyyarələrinin “Ayı” kimi tanınan bombardmançı olduqları güman edilir.

Rusiya Müdafiə Nazirliyi bu hadisədə qeyri-adi heç nəyin olmadığını bildirib.

General-mayor Igor Konashenkov İnterfax agentliyinə deyib ki, Rusiya təyyarələri beynəlxalq qaydalara uyğun uçuş keçiriblər.

“Sadəcə olaraq onlar buna “təyyarə tutmaq”, biz isə “təyyarəni müşaiyət etmək” deyirik” – deyə bildirib general-mayor.

Günün bütün mövzuları

XS
SM
MD
LG