Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:40

Prezident Obama Kubanı terror siyahısından çıxaracaq


Raul Castro və Barack Obama 7-ci Amerika sammitində.
Raul Castro və Barack Obama 7-ci Amerika sammitində.

Konqresə məktubunda president Obama yazır ki, Kuba son altı ayda beynəlxalq terrora heç bir dəstək verməyib.

Ağ Ev bəyan edib ki, prezident Barack Obama Kubanı terrorizmin sponsorları siyahısından çıxaracaq.

Bundan əvvəl Amerika qitəsinin sammitində ABŞ və Kuba prezidentlərinin görüşü olub.

Təhlilçilər iki ölkə arasında münasibətlərin normallaşmağa başladığından söz açırlar.

Onlar bildirirlər ki, Kubanın sözü gedən siyahıda olması iki ölkə arasında diplomatik münasibətlərin bərpasına əngəl yaradır.

Bununla belə, Kubaya qarşı ABŞ embarqolarını yalnız Konqres qaldıra bilər.

Konqresə məktubunda president Obama yazır ki, Kuba son altı ayda beynəlxalq terrora heç bir dəstək verməyib və belə əməllərigələcəkdə də dəstəkləməyəcəyini vəd edib.

Buna baxmayaraq Ağ Evin sözçüsü Josh Earnest deyib ki, Vaşinqton və Havana arasında bir sıra prinsipial məsələlərə dair fikir ayrılıqları qalır.

İran, Sudan və Suriya da adı çəkilən siyahıdadırlar.

XS
SM
MD
LG