Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Erdoğan Roma papasını “soyqırım səhvini” bir daha təkrar etməməyə çağırdı


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

Türkiyə prezidenti Roma papası Francis tərəfindən ermənilərin Birinci Dünya Müharibəsindəki ölümlərinin “soyqırım” adlandırılmasını kəskin tənqid edib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Roma papası Francis tərəfindən ermənilərin Birinci Dünya Müharibəsindəki ölümlərinin “soyqırım” adlandırılmasını kəskin tənqid edib.

Erdoğan Roma papasını “bu səhvi” bir daha təkrar etməməyə çağırıb.

Türkiyə “erməni soyqırımı” barədə iddianı rədd edir və bu mövqedədir ki, Birinci Dünya Müharibəsi zamanı baş vermiş vətəndaş münaqişəsində bütün tərəflərdən ölənlər olub.

Ankara “soyqırım”a dair erməni iddialarının müştərək alimlər komissiyası tərəfindən öyrənilməsinə çağırıb.

Roma papası Erməni Həvari Kilsəsinin başçısı 2-ci Qareginin də iştirak etdiyi ibadətdə 1915-ci ilin qətllərini “erməni soyqırımı” adlandırmışdı.

Bu ibadət mərasimi müqəddəs Pyotr məbədində keçirilirdi.

Papanın bu bəyanatından sonra Türkiyə özünün Vatikandakı səfirini geri çağırıb.

XS
SM
MD
LG