Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:44

Avropa Komissiyasının yaxın qonşuluq və genişlənmə üzrə komissarı Johannes Hahn aprelin 16-17-də Minskə səfəri zamanı Belarus prezidenti Alyaksandr Lukashenka ilə görüşəcək.

Bu son 5 ildə qurumun yüksək səviyyəli rəsmisinin Minskə ilk səfəridir.

Johanes Hahn səfər zamanı Belarus müxalifətin nümayəndələri ilə də görüşməlidir.

Bu səfərə Avropa Birliyi ilə Belarus arasında münasibətlərin yaxşılaşması kimi baxılır.

Avropa Birliyi 2010-cu ildə Belarusda keçirilən prezident seçkisindən sonra müxalifətən olan namizədlərin həbsi və saxlanmasına görə, Lukashenkaya yaxın fiziki və hüquqi şəxslərin bank hesdablarını dondurub və onalara qarşı viza qadağası tətbiq edib.

Bundan sonra tərəflər arasındakı münasibətlər daha da gərginləşib.

Bu sanksiyalar Lukaşenko da daxil olmaqla, 18 şirkət və 201 fiziki şəxsə aiddir.

Amma Brüssel bu yaxınlarda Ukraynanın şərqindəki münaqişə ilə bağlı Minskdə əldə edilmiş atəşkəs razılaşması və Belarusun bu prosesdə vasitəçiliyini alqışlayır.

Gələn ay Latviyada keçiriləcək Şərq tərəfdaçlığı sammitində həmçinin Minskə qarşı viza rejiminin asanlaşdırılacağı gözlənilir.

Bu görüşdə ola bilsin ki, Lukasenka da iştirak edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG