Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33

-

Müsavat Partiyası Bakı şəhər İcra Hakimiyyətinin partiyanın 19 aprelə təyin etdiyi yürüşə razılıq verməməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda bu qərar konstitusion hüququn pozulması kimi qiymətləndirilir:

«Aprelin 14-də Partiya Divanının üzvü Razim Əmiraslanlı icra hakimiyyətinə dəvət olunub. Görüşdə aprelin 19-na təyin olunan yürüşə razılıq verilməsinin mümkün olmadığını bildiriblər. Səbəb kimi həmin ərazidə təmir-tikinti işlərinin gedişi və nəqliyyatın hərəkətinin intensivliyi göstərilib. Partiya adından alternativ olaraq metronun «Azadlıq prospekti» stansiyasının yanından başlayaraq «Dərnəgül» metrostansiyasının qarşısındakı meydana qədər olan marşrut üzrə yürüşün keçirilməsi təklifi də məqbul hesab edilməyib».

Partiyapozuntunun aradan qaldırılmasını, aprelin 19-a planlaşdırılan yürüşün keçirilməsinə rəsmən razılıq verilməsini tələb edir».

Müsavat Partiyası aprelin 19-na etiraz yürüşü keçirməklə bağlı BŞİH-nə müraciət etmişdi. Aprelin 14-də icra hakimiyyətə müraciətə rədd cavabı verib.

XS
SM
MD
LG