Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:10

MTN-nin həbs etdiyi müttəhimlər Suraya döyüşləri haqda


Arxiv fotosu
Arxiv fotosu

-

Aprelin 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyaya gedərək qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunan 25 yaşlı Nicat Abbasovla 26 yaşlı Hüseyn Məmmədovun məhkəməsi keçirilib. Hər ikisi Yevlax sakinidir.

Müttəhimlər özlərini təqsirli bilməyiblər. Nicat Abbasov ifadə verməkdən imtina edib.

"ORADA VURUŞANLARIN İSLAMA AİDİYYƏTİ YOXDUR"

Hüseyn Məmmədovsa ifadəsində göstərib ki, Suriyaya təhsil dalıyca yollanıb:

"Heç Suriyaya gedib çıxmadım. Oraya yaxın ərazidə oldum. Vuruşmaq fikrim olmayıb. Suriyada vuruşmaqdansa elə öz torpaqlarımız uğrunda vuruşaram. Mənim niyyətim sırf təhsil almaq olub. Hesab edirəm ki, orada din adından vuruşanların İslama heç bir aidiyyəti yoxdur”.

Lakin Hüseyn Məmmədovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunanda başqa məqamlar ortaya çıxıb:

"2004-cü ildən ibadətlə məşğul olmuşam. Əhli-sünnə təriqətində olmuşam. İki il əvvəl Türkiyənin Qaziantep şəhərində yaşayan Abu Yamin adlı şəxslə skaypla tanış olmuşam. O, mənə Türkiyədən Suriyaya keçib cihad edənlərə qoşulmağın mümkünlüyündən danışıb. Həmin il Yevlax bazarında meyvə-tərəvəz satarkən həmyerlim Bilalı gördüm. Yaxın günlərdə Türkiyəyə işləməyə gedəcəyini dedi. Ona birlikdə getməyi təklif etdim. Bilal Türkiyəyə nə məqsədlə getməyimi bilmirdi. İstanbula çatanda ayrılıdıq. Bilalın hara getdiyini bilmədim".

"ƏL-QAİDƏ"ÇİLƏR BURAXDI, MTN TUTDU

Təqsirləndirilən şəxs ifadəsinin davamında bildirib ki, Qaziantep şəhərinə gələrək Abu Yaminlə görüşüb və orada qalıb. Onun köməkliyi ilə qaçaq yolla Suriyaya keçib və "Cəbhətul əl-Nüsra” təşkilatının tərkibində olan, Türkiyə vətəndaşının başçılıq etdiyi “Cundullah Şam Dəvəti İbrahim” adlı silahlı dəstəyə qoşulub:

"Həmin dəstənin tərkibində dini və hərbi təlimlərdə iştirak etdim. Amma təlimlərlə kifayətlənib məni döyüşə buraxmadılar. 2014-cü ilin mart ayının əvvəllərində əslən Yevlaxdan olan Nicat Abbasovun da Suriyada “Cəbhətul əl-Nüsra” tərkibində olduğunu eşitmişdim. Bir müddət sonra, təxminən 2014-cü ilin aprel ayında dövlətə qarşı vuruşan müxtəlif silahlılar İŞİD, “Əl-Qaidə”, “Cəbhətul əl-Nüsra” qruplaşmaları arasında toqquşmalar baş verdi. Buna görə də orada vəziyyət qarışdı. “Əl-Qaidə” terror qruplaşmalarının üzvləri məni və digər mühacirləri tərksilah edib əsir götürdülər. “Əl-Qaidə”yə qoşulmağı, ya da ki, Suriyanı tərk etməyi tələb etdilər. 5-6 gün əsir saxlanılandan sonra Suriyadan Türkiyəyə qovdular".

Hüseyn Məmmədov bildirib ki, Nicat Abbasovla Türkiyədən Gürcüstana, oradansa Azərbaycana keçəndən sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesi aprelin 16-da davam etdiriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG