Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:57

100 nəfərdən çox avtobus sürücüsü işdən çıxarılıb


Avtobus sürücüsü

Avtobus sürücüsü

-

Bakıda aparılan reydlər nəticəsində 100-dən çox avtobus sürücüsü işdən çıxarılıb. İşdən çıxarılanlar əsasən sürücülük vəsiqəsi, tibbi arayışı düzgün olmayanlardır.

Nəqliyyat Nazirliyi mətbuat xidmətinin rəhbəri Namiq Həsənov ANS-ə bildirib ki, həmin sürücülərin əməkdaşlıq etdiyi sahibkarlara isə töhmət verilib. O bildirib ki, reydləri keçirməkdə məqsəd avtobusları peşəkar sürücülərə həvalə etməkdir.

Məlumata görə, ilin əvvəlindən avtobuslar Bakıda 29 yol-nəqliyyat hadisəsi törədib. Bu qəzalarda 12 nəfər həlak olub, 34 nəfər isə yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG