Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:44

Abbas Lisaninin vəkili son məhkəmə qərarını qeyri-qanuni adlandırıb


Abbas Lisanin iş yerindən tutulub aparılmasından bir gün sonra apellyasiya məhkəməsi onu 18 ay həbs cəzasına və 3 il sürgünə məhkum edib. Oktyabrın 31-də hökmsüz cəlb edilməsinə etiraz edən onun vəkili Seyid Məhəmmədrza Fəqihi noyabrın 1-də verilən bu hökmü də qeyri-qanuni adlandırıb. O, bildirib ki, İran İslam Respublikasının qanunlarına əsasən apellyasiya məhkəməsi əvvəlki məhkəmənin verdiyi cəzaya artıra bilməz.


May ayında «İran» qəzetinin azərbaycanlıları təhqir edən karikaturalarına etiraz olaraq keçirilən aksiyalara rəhbərlik ittihamı ilə 16 ay həbs və 50 şallaq cəzasına məhkum edilən Abbas Lisani Ərdəbil Məhkəməsinin bu hökmünə etiraz edərək apellyasiya vermişdi və bu instansiyanın qərarını gözləyərdi. Lakin o, məhkəmə hökmü verilmədən təhlükəsizlik idarəsi tərəfindən xəbərsiz olaraq tutulub aparılmışdı.


Ərdəbil vilayətinin apellyasiya məhkəməsinin son qərarı ilə tanınmış azərbaycanlı fəal 18 ay həbsdən sonra İranın Yəzd vilayətinin ucqar Təbəs şəhərinə sürgün edilib, 3 il sürgündə saxlanılacaq.
XS
SM
MD
LG