Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:52

Son 24 saat ərzində 6 Ukrayna əsgəri həlak olub, 12-si yaralanıb


Andriy Lysenko

Andriy Lysenko

Ukraynanın şərqində atəşkəsə baxmayaraq son 24 saat ərzində 6 Ukrayna əsgəri həlak olub, 12-si yaralanıb.

Bu barədə aprelin 14-də Ukrayna ordusunun sözçüsü Andriy Lysenko məlumat verib və bunun rusiyapərəst separatçılar tərəfindən ciddi təxribat olduğunu deyib.

O ölkənin şərqində vəziyyətin hələ də qeyri-sabit olaraq qaldığını və ordunun demək olar ki, bütün istiqamətlərdən hücumlara məruz qaldığını deyib.

Rusiya, Ukrayna, Almaniya və Fransanın xarici işlər nazirləri bundan bir neçə saat əvvəl Berlin görüşündə Ukraynanın şərqində atəşkəsin pozulmasından narahatlıq bildirmişdilər.

Liderlər görüşdə cəbhə xəttindən ağır silahların çıxarılmasının davam etdirməsi barədə razılıq əldə ediblər.

Tərəflər həmçinin 4 işçi qrup yaratmaq qərarına gəliblər.

İşçi qruplar təhlükəsizlik məsələləri, separatçıların nəzarətində olan ərazilərdə seçkilər keçirilməsi, hərbi əsirlərin dəyişdirilməsi və Ukraynanın şərqində iqtisadi durumun yaxşılaşdırması ilə məşğul olacaq.

Ötən ilin aprelindən Ukraynanın şərqində rusiyapərəst separatçılarla hökumət qüvvələri arasında gedən döyüşlərdə 6 mindən çox adam ölüb.

Fevralda Minskdə əldə edilmiş atəşkəs razılaşmasından sonra zorakılıq azalsa da, gərginlik hələ də qalır.

Günün bütün mövzuları

XS
SM
MD
LG