Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:50

Azərbaycanda rəsmi işsizlər cəmi 29 min nəfərdir. Bəs reallıqda?


Sabirabad. "Qul bazarı". 2014-cü il

Sabirabad. "Qul bazarı". 2014-cü il

Bu il aprelin 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4851,5 min nəfər olub, onlardan 4614,3 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1514,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 880,6 min nəfər, qeyri-dövlət bölməsində isə 633,5 min nəfər təşkil edib.

İqtisadiyyatın neft sektorunda 36,8 min nəfər, qeyri-neft sektorunda isə 1477,3 min nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1469,3 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7%-i məhsul istehsalı sahələrində, onlardan 7,1%-i tikintidə, 6,7%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.

Muzdla işləyənlərin 77,3%-i isə xidmət sahəsində, ondan 22,3%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,8%-i peşə, elmi və texniki fəaliyyət, 2,1%-i maliyyə və sığorta fəaliyyəti, 1,7%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

Bu il aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 254,4 manat olub.

Şərhləri göstər

XS
SM
MD
LG