Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:19

Kənd sakinləri ilə keçmiş bələdiyyə sədri arasında nə baş verib?...


Arxiv fotosu
Arxiv fotosu

Zərdab rayonu, Çallı kəndinin bir qrup sakini AzadlıqRadiosunun "Qaynar xətt"inə şikayət ediblər.

“Biz, bir qrup kənd sakini keçmiş bələdiyyə sədri Əyyub Əzizovun vaxtilə bizə qarşı etdiyi saxtakarlıqlarla bağlı rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevə və rayon prokuroru Süleyman Süleymanova müraciət etmişik. Müraciətimizdən sonra əvvəl icra başçısı, sonra isə prokuror bizi qəbul etdi. Bizim şikayətimizin obyektiv araşdırılacagına söz verdilər. Bu müraciətimizdən sonra keçmiş bələdiyyə sədri kənd arasında deyir ki, bütün kənd şikayət etsə də, xeyri yoxdur".

Kənd sakinləri deyirlər ki, şikayətlərindən sonra keçmiş bələdiyyə sədri onlara qarşı şantaja keçib:

TORPAQ KİMİNDİR?...

"Keçmiş bələdiyyə sədri şikayətçilərdən biri Məmmədov Mais Məmməd oglundan rayon polis şöbəsinə ərizə ilə müraciət edib. Guya Mais Məmmədov onun oglanları üçün gotürmək istədiyi torpaq sahəsini zəbt edib. Buradan belə bir sual meydana çıxir ki, bələdiyyə sədri işlədiyi 5 il ərzində bu barədə məhkəmə və polis orqanlarına niyə müraciət etmirdi? Niyə məhz Mais Məmmədov onun hərəkətlərindən prokurorluga müraciət etdikdən sonra keçmiş bələdiyyə sədrinin yadına düşdü ki, Mais Məmmədovdan şikayət etsin? Bir də ki, həmin torpaq zəbt olunmayıb, Mais Məmmədov o torpaq sahəsinə görə 800 manat ödəyib. O isə Mais Məmmədovu aldadaraq sənəd verməyib".

Kənd sakinləri bildirirlər ki, keçmiş bələdiyyə sədri onları məhkəməyə verəcəyi ilə hədələyir.

Çallı kəndinin keçmiş bələdiyyə sədri kənd sakinlərinin ona böhtan atdığını, bununla da şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib. Keçmiş bələdiyyə sədri kənd sakinləri ilə münasibətlərinə məhkəmədə aydınlıq gətirəcəyini deyib.

XS
SM
MD
LG