Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:12

-

Prezident İlham Əliyev aprelin 14-də Serbiya Respublikasının Baş naziri Aleksandar Vučić-in başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

prezident.az-ın məlumatına görə, Aleksandar Vučić Serbiyanın Azərbaycanla əlaqələrini siyasi sahədə olduğu kimi, iqtisadi sahədə də genişləndirməkdə maraqlı olduğunu deyib.

Görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb, bu istiqamətdə müxtəlif layihələrin uğurla həyata keçirildiyi bildirilib.

Söhbət zamanı əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji, infrastruktur, sərmayə qoyuluşu, yükdaşımaları, mədəni, humanitar və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldığı da deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG