Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

-

Aprelin 14-də Milli Məclisdə Hesablama Palatasının 2014-cü il üzrə illik hesabatı dinlənilib.

report.az xəbər verir ki, Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində aparılan nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə təqdim olunub. Cinayət əlaməti ehtimal olunan 4 tədbirin nəticələri ilə bağlı materiallar isə Respublika Baş Prokurorluğuna göndərilib.

Hesabat ilində palata ilk dəfə 5 təşkilatda nəzarət həyata keçirib. Nəticələri haqda kollegiya qərarı qəbul olunan 80 nəzarət tədbiri 126 qurumun (dövlət əsaslı vəsait qoyuluşları üzrə ayrı-ayrı layihələr nəzərə alındıqda 188) fəaliyyətini əhatə edib.

Hesablama Palatasının sədri qeyd edib ki, 2014-cü ildə aparılan audit tədbirləri zamanı qanunun tələbləri gözlənilmədən 294 mln. manat vəsaitin satınalma proseduru keçirilmədən xərc olunduğu müəyyən edilib:

«Hər bir nəzarət obyektində rast gəlinən ikinci nöqsan vəsaitlərin təyinatı üzrə istifadə olunmamasıdır. Bu kimi tədbirlərlə yanaşı, 323.5 ştat vahidinin və 11 qrupun ləğvi təmin olunub. Ümumilikdə, bu ştat vahidləri və qrupların ləğv edilməsi ilə orta hesabla il ərzində 1.9 mln. manat əlavə vəsaitin istifadəsinin qarşısı alınıb».

Sonda Hesablama Palatasının illik hesabatı səsverməyə qoyularaq qəbul edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG