Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:45

İran hesab edir ki, Moskva bu il ona S-300 raketləri göndərəcək


Ali Shamkhani

Ali Shamkhani

Tehran hesab edir ki,Rusiya artıq bu il İrana S-300 raket sistemləri göndərəcək.

Bunu aprelin 14-də İran Ali Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini Ali Shamkhani Moskvada deyib.

Rusiya prezidenti Vladimir Putin bundan 1 gün əvvəl İrana S-300 raket sistemləri göndərilməsinə qoyulmuş qadağanı ləğv edib.

Rusiya Təhlükəsialik Şurasının katibi Nikolai Patrushev isə bildirib ki, buna hazırlıq hələ bir qədər vaxt aparacaq.

O qeyd edib ki, bu işi yekunlaşdırmaq üçün azı 6 ay vaxt lazım olacaq.

Rusiyanın xarici işlər naziri Sergeyi Lavrov isə İranın nüvə proqramı ilə bağlı 6 dünya ölkəsi ilə əldə edilmiş çərçivə sazişindən sonra, artıq Moskvanın bu danışıqlara stimul vermək üçün könüllü şəkildə tətbiq etdiyi qadağanın qüvvədə qalmasına heç bir ehtiyac olmadığını bildirib.

Shamkhani bildirib ki, məsələ ilə bağlı yekun qərar ikitərəfli münasibətlərin daha da inkişafına səbəb olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG