Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:42

-

Aprelin 14-də Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının təmsilçisi Razim Əmiraslanlıya aprelin 19-a planlaşdırdıqları yürüşün əvəzinə keçmiş «Məhsul» stadionunda mitinq keçirməyi təklif edib.

Bu haqda AzadlıqRadiosuna partiyanın başqan müavini Elman Fəttah bildirib.

Başqan müavini hesab edir ki, icra hakimiyyətinin partiyaya bu cür seçim təklif etməsi sərbəst toplaşma azadlığına ziddir, kütləvi aksiyaların keçirilməsinin məhdudlaşdırılmasıdır.

Onun dediyinə görə, partiya qərarında qətidir. «Biz aprelin 19-da metronun «20 Yanvar» stansiyası yaxınlığından başlayaraq Həsən bəy Zərdabi küçəsindən keçməklə İdman Sağlamlıq Kompleksinə (keçmiş «Məhsul» stadion) qədər yürüş edəcəyik. Bu, 2005-ci ilə kimi müxalifətin ən çox yürüş-mitinq keçirdiyi marşrut olub».

Müsavat Partiyası aprelin 19-da etiraz yürüşünə çıxmaq üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Yürüş iştirakçıları bu yolla iqtisadi böhrana etiraz etmək və siyasi məhbusların buraxılmasını tələb etmək istəyirlər.

Bakı şəhər İcra Hakimiyyətinin məlumatında deyilir ki, Müsavat Partiyasının planlaşdırdığı yürüşün keçdiyi ərazidə nəqliyyat intensiv hərəkət edir. Odur ki, aksiyada iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinin, eyni zamanda, nəqliyyat vasitələrinin iş ahənginin və yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində ciddi problemlər yarana bilər. Buna görə də, yürüşün keçirilməsinin mümkün olmadığı bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG