Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:28

-

Aprelin 14-də hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi vəkillərin müdafiə nitqi ilə davam edib.

Vəkil Əlibaba Rzayev ittihamın qərəzli və əsassız olduğunu, onların heç birinin sübuta yetirilmədiyini bildirib. O, cinayət işinin siyasi sifariş əsasında açıldığını söyləyib.

Digər vəkil Fariz Namazlı da ittihamların sübuta yetirilmədiyini deyib. O, həmçinin hüquqlarını müdafiə etdiyi Rəsul Cəfərovun ilk gündən ittihamların ona aydın olmadığını söylədiyini, ancaq dövlət ittihamçısının buna aydınlıq gətirmədiyini diqqətə çatdırıb.

Proses aprelin 15-dək təxirə salınıb. Rəsul Cəfərovun həmin gün son sözlə çıxışı və ona hökm oxunması gözlənir.

Dövlət ittihamçısı hüquq müdafiəçisinin 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

Aprelin 14-də keçirilən məhkəmə prosesi haqda ətraflı yazı az sonra sayta yerləşdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG