Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:59

-

Milli Məclisin aprelin 14-də keçirilən plenar iclasında spiker Oqtay Əsədov Azərbaycanın bəzi müxalifət partiyalarının ilk Avropa Oyunları ilə bağlı mövqeyinə münasibət bildirib.

Milli Məclisin deputatı Siyavuş Novruzov bu partiyaların mövqeyinin parlamentdə müzakirə edilib qiymət verilməsini təklif edib. Onun sözlərinə görə, ilk Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı qarayaxma kampaniyası güclənir və Azərbaycanın antimilli qüvvələri də bu kampaniyaya dəstək göstərirlər.

Oqtay Əsədov isə deputata cavab olaraq həmin partiyaların fəaliyyətinə artıq qiymət verildiyini söyləyib: «Bunlara artıq qiymət verilib. Ermənilər idman oyunlarında iştirak edəcəklər, bu insanlar isə oyunlara qarşı çıxır. Pis çıxmasın, bunlar ermənilərdən də Azərbaycana qarşı pisdirlər. Bunun nəyini müzakirə edəsən? Ehtiyac varmı buna? Bu, millət üçün artıq bəllidir».

Bakı-2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək.

17 yarış günü müddətində 6 mindən artıq idmançının öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG