Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:24

İraqın baş naziri Vaşinqtonda səfərdədir


Haider al-Abadi (ortada) Ramadi şəhərində hərbi bazada çıxış edərkən

Haider al-Abadi (ortada) Ramadi şəhərində hərbi bazada çıxış edərkən

-

İraqın baş naziri Haidar al-Abadi aprelin 14-də Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə görüşəcək. Gözlənir ki o, İslam Dövləti (İD) silahlılarına qarşı ABŞ-dan daha çox hərbi dəstək istəyəcək.

Abadi sentyabrda vəzifəyə gələndən Ağ Evə ilk səfərini edir. Səfərdən öncə deyib ki, məqsədi ABŞ-ın rəhbərlik etdiyi kampaniyada və “silahların çatdırılmasında” “artıma” nail olmaqdır.

Abadi-nin ABŞ-dan daha çox silah istəyəcəyi gözlənir. Buraya İD silahlıları ilə döyüşlər üçün milyardlarla dollar dəyəri olan pilotsuz qurğular da daxildir.

Ancaq ABŞ-da büdcə məhdudiyyətlərini nəzərə alanda Obama-nın bu xahişlərə razılaşacağı gözlənilmir.


Günün bütün mövzuları

XS
SM
MD
LG