Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

BMT müharibədə cinsi zorakılığı pisləyir


İraqın Tikrit şəhərindən görüntü (arxiv)

İraqın Tikrit şəhərindən görüntü (arxiv)

-

2014-cü il İslam Dövləti (İD) və Al-Qaeda törəmələri kimi ekstremist qrupların “zorlama, cinsi köləlik, məcburi nikah kimi dəhşətli hərəkətləri” barədə məlumatlarla yadda qalıb. BMT-nin yeni hesabatında belə deyilir.

Baş katib Ban Ki-moon-un adından yayılmış hesabat aprelin 13-də açıqlanıb. Sənəddə silahlı qrupların yaydığı cinsi zorakılıqdan “dərin narahatlıq” bildirilir. Bu qruplara İraq, Suriya, Somali, Nigeriya, Mali, Liviya və Yəməndə ekstremist ideologiya yayanlar da daxildir.

Hesabatda vurğulanır ki, son aylar ərzində İraqda 1500 dinc sakin cinsi köləliyə məcbur edilib.

Suriyada cinsi köləlik hallarında “ciddi artım” qeyd olunur. İraqda oğurlananlar Suriyada İD-nin nəzarətində olan ərazilərdə bazarlara çıxarılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG