Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:10

ABŞ şirkətinin mühafizəçisi İraqa görə ömürlük həbs aldı


Blackwater mühafizəçisi Nick Slatten (ortada) məhkəmədən çıxarkən

Blackwater mühafizəçisi Nick Slatten (ortada) məhkəmədən çıxarkən

-

ABŞ-ın Blackwater şirkətinin mühafizəçisi Nicholas Slatten 2007-ci ildə İraqda 14 dinc vətəndaşın ölümünə görə ömürlük həbsə məhkum edilib. Aprelin 13-də Vaşinqtonda keçirilən məhkəmədə digər 3 mühafizəçi – Paul Slough, Evan Liberty və Dustin Heard həmin hadisədə iştiraka görə 30 illik cəza alıb.

Onlar 2014-cü ilin oktyabrında məhkum olunublar. Hadisə isə Bağdadın Nisur meydanında baş vermişdi. Mühafizəçilər ABŞ karvanına yol açmaq üçün atəş açmışdı. 17 nəfər yaralanmışdı.

Şirkət Amerika ordusu ilə müqavilə əsasında işləyib. Bu hadisə beynəlxalq ictimaiyyət tərəfindən qınanıb.

Slatten və həmkarlarına adamöldürmə, qəsdən adamöldürmə, odlu silahdan atəş açma və digər maddələr irəli sürülüb. Onlar yaraqlıların atəşinə məruz qaldıqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG