Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 00:46

İran barədə qeyri-müəyyənlik və Yəmən xəbərləri neftin qiymətini qaldırdı


Brent markasından olan xam neftin bir barrelinin qiyməti 6 faiz artaraq 57, 93 dollar olub.

Brent markasından olan xam neftin bir barrelinin qiyməti 6 faiz artaraq 57, 93 dollar olub.

Təhlilçilər deyirlər ki, buna əsas səbəblərdən biri də İranla Qərb arasında nüvə sazişinin gələcəyinə dair şübhələr və Yəməndəki münaqişənin məzhəb müharibəsinə çevrilə biləcəyi ehtimallarıdır.

ABŞ xam nefitinin də qiyməti 27 sent artaraq bir barrel üçün 53, 18 dollar olub.

Xəbər verilir ki, İranın Yəməndə yeni hökumətin yaradılmasına çağırışı OPEC-in əsas üzvü olan Səudiyyə Ərəbistanını qıcıqlandıra bilərdi.

Bu arada Rusiyanın İrana raket satışı üzərindəki embarqoya son qoyması da vəziyyəti mürəkkəbləşdirib. Hərçənd daha sonra ABŞ dövlət katibi bildirib ki, Moskvanın qərarı İranla danışıqlar aparan P5+1 qrupunun həmrəyliyini pozmur.

XS
SM
MD
LG